» » Almaniya Oman və Səudiyyəyə silah ixracını təsdiqlədi

Almaniya Oman və Səudiyyəyə silah ixracını təsdiqlədi

Almaniya Oman və Səudiyyəyə silah ixracını təsdiqlədi

Bu, 23 “Airbus” helikopterinin tədarükünə aiddir.

Almaniya hakimiyyəti Yaxın Şərq ölkələrinə bir neçə silah ixrac tədarükünü təsdiqləyib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Əsasən bu, Səudiyyə Ərəbistanına 23 “Airbus” helikopterinin tədarükünə aiddir. 

Bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyinin məktubunda deyilir.

Məlumatda qeyd edilir ki, “Heckler & Koch”un 660 pulemyot, 660 ədəd atıcı silah və 550 avtomatın Omana tədarükü də təsdiq edilib.

Ərəb Əmirliklərinə isə 130 ədəd avtomat, eləcə də 65 min sursat tədarük ediləcək.

Almaniya hökuməti, həmçinin Taylanda hərbi helikopterlərin, eləcə də İndoneziyaya 490 tüfəngin tədarükünü təsdiqləyib.