» » Suriyalı qadınlar İŞİD-la bağlı gizli görüntülər yaydı – VİDEO

Suriyalı qadınlar İŞİD-la bağlı gizli görüntülər yaydı – VİDEO

Suriyalı qadınlar İŞİD-la bağlı gizli görüntülər yaydı – VİDEO

“Təəssüflər olsun ki, belə bir seçimimiz yoxdur”.

2 suriyalı qadının İŞİD terror təşkilatı ilə bağlı gizli çəkilişlər aparıblar.

ucarliyiq.biz CNN-ə istinadən xəbər verir ki, kadrlarda qara çadrada olan qadınların mağazalaragirdikləri, taksiyə mindikləri, küçələrdə gəzdikləri əks olunub.

Kadrlarda qadınların səsi dəyişdirilib, üzləri qara çadra ilə örtülüb. Qadın bildirir ki, o, İŞİD-in həyata keçirdiyi dəhşətli edama şahidlik edib. 

O bildirib ki, Rakka vaxtı ilə Suriyanın ən liberal şəhərlərindən biri olmasına rəğmən, indi burada əzabverici şəriət qaydaları hökm sürür.  

“Bütün qadınlar qapalı geyiblər, üzləri qara çadra ilə örtülüdür. Onlar üzlərini göstərmək istəyirlər. Amma təəssüflər olsun ki, belə bir seçimimiz yoxdur. Qadınlığımızı itirmişik”.  

Bununla yanaşı, taksilərdə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadini təbliğ edən musiqilərin səsləndiyi də vurğulanıb.