» » Ağ Ev əş-Şişaninin öldüyünü təsdiqlədi

Ağ Ev əş-Şişaninin öldüyünü təsdiqlədi

Ağ Ev əş-Şişaninin öldüyünü təsdiqlədi

O, çoxsaylı yaralar alıb.

İŞİD terror qruplaşmasının liderlərindən biri, Əbu Umar əş-Şişani kimi tanınan Tərxan Taymurazoviç Batiraşvili aldığı yaralardan keçinib.

ucarliyiq.biz xəbər verir ki, CNN-ə bu məlumatı ABŞ Prezident Administrasiyasının iki əməkdaşı təsdiqləyib.   

Məmurların sözlərinə görə, o, ABŞ-ın martın 4-də Suriyanın Əş Şəddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanıb.

Onlar bu məlumatı haradan aldıqlarını açıqlamayıblar. Batiraşvili ilə bərabər İŞİD-in daha 12 yaraqlısının öldüyü bildirilir.