» » “Qazprom” Türkmənistanla müqaviləni pozdu

“Qazprom” Türkmənistanla müqaviləni pozdu

“Qazprom” Türkmənistanla müqaviləni pozdu

“Biz şirkətə qaz alışının dayandırılması barədə xəbərdarlıq etmişik”.

“Turkmənqaz” ilə müqaviləni pozan “Qazprom” türkmən tərəfini müqavilənin dayandırılması üçün şərait yaratmaqda ittiham edib.
 
ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya konserninin avrosəhmlərinin yeni buraxılış materiallarına istinadən məlumat yayıb.
 
“2016-cı ilin yanvarında “Turkmenqaz” tərəfindən sazişdə ciddi pozuntulara yol verməsi nəticəsində biz Türkmənistandan qaz alışının dayandırılması barədə şirkətə xəbərdarlıq etmişik”, - sənəddə qeyd edilir.

“Qazprom” bəyan edib ki, 2010-2015-ci il türkmən qazının qiymətinə yenidən nəzərdən keçirməyi tələb edir.
 
2008-ci ilin böhranının əvvəlindən “Qazprom” alınan türkmən qazının qiymətinə yenidən baxmağa çalışıb. Keçən ilin ortalarında “Qazprom” qiymətin yenidən baxılması ilə bağlı Stokholm arbitrajında “Turkmenqaz”a qarşı iddia qaldırıb.   
 
2014-cü ildə 11 milyard kubmetr olan alışlar 2015-ci ildə 3 milyard kubmetrə düşüb.  
2016-cı ilin yanvar ayından “Qazprom” türkmən qzının alışını dayandırmaq qərarına gəlib.