» » Ərdoğan terrorizm anlayışını genişləndirməyi təklif etdi

Ərdoğan terrorizm anlayışını genişləndirməyi təklif etdi

Ərdoğan terrorizm anlayışını genişləndirməyi təklif etdi

“Bunu jurnalistlər, qanunvericilər və müxtəlif fəallar bacarar”.

“Terrorizm” termininin mənasını genişləndirmək lazımdır və yalnız terror aktını törədən və buna ruhlandıranlar deyil, eləcə də bu aktları dəstəkləyənləri də terrorçu kimi tanımaq lazımdır.   

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

Ərdoğanın sözlərinə görə, əlində silah və ya qumbara olan terroçu ilə ictimaiyyətdəki vəziyyəti və ya qələmi ilə terrorçuları dəstəkləyənlərin fərqi yoxdur.
 
“Bunu jurnalistlər, qanunvericilər və müxtəlif fəallar bacarar”, - deyə Türkiyə prezidenti sözlərinə əlavə edib.
 
Xatırladaq ki, bazar günü axşam Ankarada avtobus dayanacağı yaxınlığında baş verən partlayış nəticəsində 37 nəfər ölüb, ən az 125 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Törədilən partlayışa görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Türkiyə hakimiyyəti hadisə yerində tapılan dəlillərə görə bu aktın birmənalı şəkildə ölkədə qadağan edilmiş PKK partiyasının yaraqlıları tərəfindən törədildiyini göstərdiyini iddia edir.