» » Maduro iqtisadi fövqəladə vəziyyətin müddətini 2 ay artırdı

Maduro iqtisadi fövqəladə vəziyyətin müddətini 2 ay artırdı

Maduro iqtisadi fövqəladə vəziyyətin müddətini 2 ay artırdı

Venesuelada istehlak mallarının böhranı qeyd edilib.

Venesuelada iqtisadiyyatda fövqəladə vəziyyət 60 gün müddətinə uzadılıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə prezidenti Nikolas Maduro imzalayıb.

“2016-cı ilin yanvarın 1-də rəsmi qəzetdə dərc edilmiş, 2184 saylı fəman ilə təsdiq edilmiş 11 mart 2016-cı il tarixli 2270 saylı fərmanın vaxtı uzadılıb.

2016-cı ilin yanvar ayının 1-də rəsmi qəzetdə dərc olunan 2184 saylı fərman ilə təyin edilmiş müddət prezidentin 11 mart taixli 2270 saylı fərmanı ilə artırılıb”, - sənəddə deyilir.

Valyuta gəlirinin əsas mənbəyi olan neftin dünya qiymətlərinin ucuzlaşması fonunda Venesuelada böhran və istehlak mallarının çatışmazlığı müşahidə edilir.
 
Ölkədə iqtisadi fövqladə tədbirlərin tətbiqinə dair qərarı Maduro yanvarın 5-də elan edib. Prezident izah edib ki, planın məqsədi, “istehsalatın əsas göstəricilərinin artırılması, malların yayılması, onların kommersiyalaşdırılması və qiymətlərin tənizmlənməsidir”.