» » Türkiyədə hava hücumu: 45 terroçu məhv edildi

Türkiyədə hava hücumu: 45 terroçu məhv edildi

Türkiyədə hava hücumu: 45 terroçu məhv edildi

Yeraltı və yerüstü sığınacaqlar yerlə-yeksan edilib.

İraqın şimalında Qəndil və Gara bölgələrində aşkar edilən PKK mövqelərinə hava hücumu həyata keçirilib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadən xəbər verir ki, hədəflərin atəşə tutulması nəticəsində 45 terroçu məhv edilib.

Martın 14-də saat 03.20-05.30 radələrində pilotsuz uçan aparatlar vasitəsilə aşkar edilən PKK düşərgələri (sursat anbarı, sığınma məkanları) 9 ədəd “F-16” və 2 ədəd “F-4E 2020” tipli döyüş təyyarələri ilə vurulub.

Hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 2 silah-sursat anbarı, 2 Katyuşa sistemi, yeraltı və yerüstü sığınacaqları yerlə-yeksan edilib.

Bölgənin araşdırılması davam edir.