» » “Hizbullah” Suriyanı tərk edir

“Hizbullah” Suriyanı tərk edir

“Hizbullah” Suriyanı tərk edir

Qruplaşmanın döyüşçüləri evlərinə qayıdırlar.

Rusiya qoşunlarının ardınca Livanın “Hizbullah” təşkilatının döyüşşüləri də Suriyadan çıxmağa başlayıb.

ucarliyiq.biz xəbər verir ki, “Hizbullah”ın internet saytlarından birinin qurucusu Əl-Eminin “Anadolu Ajansi”na bildirdiyinə görə, qruplaşmanın yüzlərlə döyüşçüsü Suriyanı tərk etməyə başlayıb.

“Suriyadan qayıdan döyüşçülər üç gündən artıqdır ki, Livandakı evlərinə və kəndlərinə çatırlar”, - deyə, Əl-Emin bildirib.

Emin “Hizbullah”ın Suriya üzrə ABŞ-Rusiya razılaşması əsasında regiondan çıxdığını və Cenevrədə başlayacaq danışıqlarda yeni siyasi həll yolunun tapılması, atəşkəsə dəstək məqsədi daşıdığını bildirib.