» » Dağıstanda “nurçu”lar kütləvi şəkildə həbs edilir

Dağıstanda “nurçu”lar kütləvi şəkildə həbs edilir

Dağıstanda “nurçu”lar kütləvi şəkildə həbs edilir

Üç şəhərdə xüsusi əməliyyat keçirilib.

Dağıstanın bir neçə şəhərdə güc strukturlarının əməkdaşları türk “nurçular” dini təşkilatının 14 üzvünü saxlayıblar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks” öz mənbəsinə istinadən xəbər verir.

“Xüsusi əməliyyat zamanı “nurçu”ların Rusiyadakı lideri, daha əvvəl ekstremist dini fəaliyyət göstərdiyi üçün şərti cəza almış Ziyavdin Dapayev də saxlanılıb”, - mənbə bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat üç şəhərdə - Mahaçqala, İzberbaş və Xasavyurtda keçirilib. Saxlanılan şəxslərdən qadağan olunmuş ədəbiyyat və digər sübutlar götürülüb.