» » Türkiyədə polis qızını və oğlunu öldürdükdən sonra intihar edib

Türkiyədə polis qızını və oğlunu öldürdükdən sonra intihar edib

Türkiyədə polis qızını və oğlunu öldürdükdən sonra intihar edib

Onun psixoloji sarsıntı keçirdiyi bildirilir.

Türkiyədə sosial şəbəkələrdə paylaşdığı videolarla özünə diqqət çəkən və qısa bir zaman ərzində məşhurlaşan polis məmuru Vəli Çakı keçirdiyi psixoloji sarsıntı nəticəsində ailə üzvlərini vurduqdan sonra intihar edib.

ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər Ortahisar rayonu, Pelitli məhəlləsi, Aydın küçəsi 1 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki mənzildə yaşayan Taksim polis bölməsində 25 ildir qulluq edən 53 yaşlı Vəli Çakı psixoloji sarsıntı keçirib.

O, ilk olaraq həyat yoldaşı Könül Çakıyı, sonra 19 yaşlı qızı Tenayı, daha sonra isə 23 yaşlı oğlu Çağataya atəş açıb. Törətdiyi cinayət əməlindən sonra Veli Çakı özünü vurub.

Polis məmuru və qızı evində, oğlu aparıldığı xəstəxanada can verib, həyat yoldaşının həyatı uğrunda KTÜ Tibb Fakültəsi Farabi Xəstəxanasının həkimləri mübarizə aparır.