» » Rusiya hərbi gəmiləri Latviya sərhədinə yaxınlaşıblar

Rusiya hərbi gəmiləri Latviya sərhədinə yaxınlaşıblar

Rusiya hərbi gəmiləri Latviya sərhədinə yaxınlaşıblar

Gəmilər ölkə sərəhədindən 20 mil məsafədə aşkar olunub.

Latviya Milli Silhalı Qüvvələrindən bildiriblər ki, ölkənin dəniz sərhədlərinə Rusiyanın iki hərbi gəmisi və bir sualtı qayığı yaxınlaşıb, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

“Bu gün Latviya dəniz sularında ölkə sərhədindən 20 mil məsafədə Rusiya Silahlı Qüvvələrinin "Kaştan", Strequyuşi" hərbi gəmiləri və "Kilo" sualtı qayığı aşkar edilib”, - hərbi qurumun məlumatında deyilir.

Ölkənin Müdafiə nazirliyinin məlumatına görə, Rusiya hərbi təyyarələri və gəmiləri 2015-ci ildə Latviya sərhədlərinə 270 dəfə, 2014-də isə 250 dəfədən çox yaxınlaşıblar.