» » Alimlər hamilə tirannozavrın qalıqlarını aşkar ediblər

Alimlər hamilə tirannozavrın qalıqlarını aşkar ediblər

Alimlər hamilə tirannozavrın qalıqlarını aşkar ediblər

Dişi heyvan yumurta qoymağa hazırlaşırdı.

Şimali Karolina universitetinin alimləri 60 milyon il bundan əvvəl yaşayan hamilə tirannozavrın qalıqlarını tapıblar. 

ucarliyiq.biz xəbər verir ki, tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Dişi tirannozavrın qalıqları Montana ştatında aşkar edilib. Paleontoloqlar medulyar sümüyün izlərinə əsaslanaraq hesab edirlər ki, o, yumurta qoymağa hazırlaşırdı.

Medulyar sümük yalnız dişi quşlarda yumurtanın qabığının möhkəmlənməsi üçün formalaşır.

Alimlər çoxdan təxmin edirdilər ki, yırtıcı teropod dinozavrlar yumurta qoyduqları üçün medulyar sümüyə malik olublar, və məhz bu qrup heyvanlardan sonradan müasir quşlar yaranıb.