» » Ankaradakı terror aktının kim tərəfindən törədildiyi açıqlandı - RƏSMİ

Ankaradakı terror aktının kim tərəfindən törədildiyi açıqlandı - RƏSMİ

Ankaradakı terror aktının kim tərəfindən törədildiyi açıqlandı - RƏSMİ

Türkiyə DİN məlumat yaydı.

Türkiyənin paytaxtında çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Seher Çağla Demir tərəfindən törədilib.

ucarliyiq.biz xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, terrorçu-kamikadze Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olub. 

O, 2013-cü ildən PKK sıralarına qoşulub. Sonradan Suriyaya keçib və YPG terror təşkilatında olub.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.