» » "Heç kimin ailəsini dağıtmamışam" - "Ev yıxan qadın" danışdı

"Heç kimin ailəsini dağıtmamışam" - "Ev yıxan qadın" danışdı

"Heç kimin ailəsini dağıtmamışam" - "Ev yıxan qadın" danışdı
"Heç kimin ailəsini dağıtmamışam" - "Ev yıxan qadın" danışdı “Duman” qrupunun solisti Kaan Tangöze ilə eşq yaşayan müğənni-aktrisa Kıvılcım Ural haqqında yayılan “ev yıxan qadın” sözlərinə qarşı səssizliyini pozub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaanla öpüşərkən çəkilmiş fotoları mətbuatda yayıldıqdan sonra maqazin gündəminə çevrilən Kıvılcım sevgilisinin ailəsinin ona görə dağılmadığını bildirib:

“Fərqinə varmadan, nəsə bir söz deyib, kiminsə qəlbinə dəymək istəmirəm. Hamı xoşbəxt olsun. Bircə bunu deyə bilərəm ki, mən heç kimin ailəsini dağıtmamışam. Əsla bir qadını bilə-bilə incitmərəm. Başqasının adamı mənim üçün ölüdür. Burada başqa nüanslar var. Onları açıqlamaq mənə düşməz. Kaan ilə heç bir yerə açıqlama verməmişik. Biz susduqca haqqımızda yanlış məlumatlar yazıldı. 6 ildir, birlikdə olduğumuzu deyirlər, amma bu, belə deyil”.

Xatırladaq ki, Kaan Tangözenin Kıvılcım Uralla öpüşərkən fotoları yayıldıqdan sonra 6 illik həyat yoldaşı Seçkin Piriler ondan boşanıb. Cütlüyün bir oğlu var.