» » Pakistanda avtobus partladılıb

Pakistanda avtobus partladılıb

Pakistanda avtobus partladılıb

Ən azı 15 nəfər ölüb.

Pakistanın şimali-qərbində avtobusun partladılması nəticəsində ən azı 15 hökumət işçisi həlak olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Reyter” polisə istinadən məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, hadisə çərşənbə günü səhər saatlarında baş verib. Avtobus Mardan şəhərindən Hayber Paxtunxva əyalətinin mərkəzi olan Peşəvar vilayətinə hərəkət edərkən baş verib. Onlarla adamın yaralandığı barədə də məlumat yayılıb.

“Dawn” nəşrinin məlumatına görə, partlayıcı qurğu avtobusun içində quraşdırılıb.
Partlayışa görə məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.