» » Ermənistandan Rusiyaya qarşı yeni ittiham

Ermənistandan Rusiyaya qarşı yeni ittiham

Ermənistandan Rusiyaya qarşı yeni ittiham

Şaboyan bəyanatla çıxış edib.

Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası Cənub-Qafqaz Dəmir Yolunu (Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir) tarifləri əsassız qaldırmaqda şübhəli bilərək, müvafiq materialları Rusiyanın Antiinhisar Xidmətinə təqdim edib.

ucarliyiq.biz verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistan parlamentində komissiyanın sədri Artak Şaboyan bildirib.   

“Cənub-Qafqaz Dəmir Yolu (CQDY) üstün mövqeyindən sui-istifadə edərək yükdaşımaların tariflərini artırıb. Cənub-Qafqaz Dəmir Yolu bu qərarı 9 mlrd. dram (18 mln. dollar) ziyan çəkməsi ilə əlaqələndirib”, - Şaboyan deyib.

O, satınalmalar və xərclərin hesablanmasında bundan əvvəl də pozuntuların aşkarlandığını xatırladıb. Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası hesab edir ki, CQDY inzibati və digər xərcləri əlavə etməklə sərmayələrin həcmini süni şəkildə artırır.

Bundan başqa, komissiya Rusiya Dəmir Yollarının törəmə şirkətini Ermənistanın dövlət satınalmaları haqqında qanuna əməl etməməkdə və əksər hallarda saxta tenderlər təşkil etməkdə ittiham edib.

Bu hallar barədə dövlət komissiyası hələ 2015-ci ilin payızında məlumat vermişdi. Rusiya Federasiyasının Antiinhisar Xidmətinin o zamankı rəhbəri İqor Artemyev materialları nəzərdən keçirəcəyini və öz  istintaqının aparacağını vəd etmişdi.

Cənub-Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yollarının törəmə şirkəti olaraq, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir. 2008-ci ilin fevralında İrəvanda Rusiya Dəmir Yolları ilə Ermənistan arasında respublikanın dəmir yolu sisteminin  Cənub-Qafqaz Dəmir Yolu nəzarətinə verilməsinə dair konsensiya müqaviləsi imzalanıb.

Müqaviləyə görə, konsensiya idarəçiliyinin müddəti, ilk 20 ildən sonra isə tərəflərin qarşılıqlı razılığı əsasında daha 10 il uzadılma hüquq əsasında 30 ildir.