» » ABŞ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

ABŞ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

ABŞ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

“Biz Ukrayna ilə əməkdaşlığı davam etdirəcəyik”.

ABŞ avropalı tərəfdaşları ilə Rusiyanın öz sazişlərini bütövlükdə yerinə yetirməyənədək və Moskva Krımı geri qaytarmayanadək sanksiyaların tətbiqinin qüvvədə qalması üzərində çalışır.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibinin köməkçisi Viktoriya Nuland senatda bildirib.

“Biz Minsk sülh sazişlərinin icrası məsələsində Ukrayna ilə əməkdaşlığı davam etdirəcəyik. Rusiya öz sazişlərini bütövlükdə yerinə yetirməyənədək sanksiyaların təsiri altında qalacağından əmin olmaq üçün biz avropalı tərəfdaşlarımızla çalışırıq”, - Nuland deyib.

“Və Kremlin Ukraynanın torpaqlarına qarşı olan iddiası davam etdikcə, əlbəttə ki, Krıma görə Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq”, - o əlavə edib.