» » ABŞ-da polisə məlumat verən “bomj” 100 min dollar mükafat aldı

ABŞ-da polisə məlumat verən “bomj” 100 min dollar mükafat aldı

ABŞ-da polisə məlumat verən “bomj” 100 min dollar mükafat aldı

Onlar qaçanlar haqqında polisə məlumat veriblər.

Kaliforniyada Orinc dairəsinin rəhbərliyi San-Fransiskodan olan “bomj”a həbsxanadan qaçan iki cinayətkarın tutulmasına yardım etmiş lazımi informasiyaya görə 100 min dollar mükafat verəcək.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, Metyu Hey-Çapmen televiziya xəbərlərində göstərilən ağ furqonu görüb və bu barədə polisə xəbər verib.

Santa-Ana şəhərinin Orinc dairəsinin kişilər üçün mərkəzi həbsxananın üç məhbusu yanvarın 22-də qaçıb. Bir həftə sonra onlardan biri polisə təslim olub, digər iki nəfərin yerini isə “bomj” deyib.

Daha 50 min dollar mükafatı məhbusların qaçırdığı furqonun sahibi və supermarketin iki əməkdaşı alacaq. Onlar qaçaqlar haqqında polisə məlumat veriblər.

Cinayətkarların bir həftə girov saxladıqları taksi sürücüsü isə heç bir mükafat almayacaq.