» » Mixail Saakaşvilinin müavinini əllərində gül-çiçəklə iclasdan çıxarıblar

Mixail Saakaşvilinin müavinini əllərində gül-çiçəklə iclasdan çıxarıblar

Mixail Saakaşvilinin müavinini əllərində gül-çiçəklə iclasdan çıxarıblar

O, polisə müraciət edəcəyini bildirib.

Odessa Şəhər Şurasının deputatı Dmitri Palpatin iclas zalından Odessa qubernatorunun müavininin vəzifələrini icra edən Aleksandr Boroviki zaldan çıxarıb. 

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, məlumata görə, Barovik yerli hakimiyyəti tənqid etməklə başlayıb.
 
“Məni indiyə qədər çox şəhərdə yaşamışam, deyrərdim ki, Odessa indiyə qədər olduğum ən pis şəhərdir”, - Borovik bildirib.
 
O əlavə edib ki, hazırkı şəhər hakimiyyəti korrupsiyaya uğrayıb və qanunsuzdur. Belə ki, 2015-ci ildə keçirilən seçkilərin nəticələri saxtalaşdırılıb.  

Odesanın 048.ua saytı Borovikin tribunaya reqlamenti pozaraq əvvəlcədən çıxış üçün yazılmadan çıxdığını əlavə edib.
 
Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvilinin müavininin sözləri Odessa parlamentariləri tərəfindən narazıçılıqla qarşılanıb. Palpatin tribunaya bir dəstə gül ilə  yaxınlaşaraq Borovikin belindən tutub sessiya zalından çıxarıb. Dəhlizdə Borovik fiziki güc tətbiq edildiyi üçün polisə müraciət edəcəyini bildirib.