» » Telman İsmayılovun işi dalana dirənib

Telman İsmayılovun işi dalana dirənib

Telman İsmayılovun işi dalana dirənib

Məhkəmə milyarderin müflis kimi tanınmasını rədd edib.

AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılov borclarını nizama salmaqda çətinliklərlə rastlaşıb. 

ucarliyiq.biz ANS PRESS-ə istinadən xəbər verir ki, İsmayılovun böyük kreditoru “Moskva Bankı” apellyasiya instansiyasında qərarın ləğvinə nail olub.

“Moskva bankı” biznesmenə verilmiş kreditləri geri almaq niyyətindədir.

Amma qanunvericilikdə qərarın ləğvindən sonra müflis olanın statusu barədə heç nə yazılmayıb.

Bu gün “Moskva Bankı”nın şikayəti üzrə onuncu arbitraj apelyasiya məhkəməsi birinci instansiyanın qərarını ləğv edib və Telman İsmayılovun müflis kimi tanınmasını rədd edib.

Son illər Azərbaycan əsilli milyarderin işləri heç də yaxşı getmir. Cari ilin avqust ayında da Moskva bankı Arbitraj məhkəməsində Telman İsmayılovun firmasına qarşı iddia irəli sürüb. Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib. Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi “AST” şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedib.

“AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hazırda Türkiyədə yaşayır. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu “Mardan Palace” adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.