» » Türk professoru Azərbaycanı Ukraynaya nümunə göstərdi

Türk professoru Azərbaycanı Ukraynaya nümunə göstərdi

Türk professoru Azərbaycanı Ukraynaya nümunə göstərdi

“Bu ideyaya qeyri-ciddi yanaşmaq lazım deyil”.

Ukraynanın latın əlifbasına keçidi Avropa ilə mental və mədəni birləşməni həyata keçirmə imkanı verəcək. 

ucarliyiq.biz xəbər verir ki, bunu bazar ertəsi Türkiyənin Mərmərə Universitetinin professoru Hurşit Güne Kiyevdə bazar ertəsi keçirilən “Avropa İttifaqının sərhədində iki ölkə. Türkiyə və Ukrayna münasibətləri” adlı konfransda deyib.

“Türkiyə ərəb əlifbasını latın əlifbası ilə əvəz etdikdə, bu, çox qəribə və narahat görünürdü. Amma keçid bizim üçün bir çox sahələrdə müsbət təsirini göstərdi. Ona görə də, mənə elə gəlir ki, əgər Ukrayna Avropa İttifaqında istifadə edilən latın əlifbasına keçərsə, Rusiyadan azad olmaq istiqamətində daha bir addım atmış olacaq. Yeri gəlmişkən, Azərbaycan bunu artıq edib”, - Hurşit Güne qeyd edib, “Novıy region”un müxbiri bildirib.

Onun sözlərinə görə, bu ideyaya qeyri-ciddi yanaşmağa dəyməz – bu urkaynalılar üçün mədəni və mental planda böyük dəyişikliklərə yol açacaq. “Əgər siz avropalısınızsa, niyə Avropa əlifbasından istifadə etmirsiniz? Əgər Ukrayna belə mühüm və cəsarətli qərar qəbul edərsə, o, Avropaya doğru mühüm addım atmış olacaq”, - türk alimi hesab edir.