» » Yunker: Türkiyə Avropaya birləşməyə hazır deyil

Yunker: Türkiyə Avropaya birləşməyə hazır deyil

Yunker: Türkiyə Avropaya birləşməyə hazır deyil

“Mən ehtiyat edirəm”.

Türkiyə Avropa İttifaqına birləşməyə hazır deyil.

ucarliyiq.biz xəbər verir ki, bu fikri Avropa Komissiyasının sədri Jan-Klod Yunker “Handelsblatt” nəşrinə verdiyi müsahibəsində bəyan edib.

Yunker hesab edir ki, Aİ ilə miqrasiya böhranının həll edilməsinə dair əməkdaşlığın güclənməsinə baxmayaraq, Türkiyənin yaxın zaman ərzində Avropa blokuna birləşməsinə ümid etməyinə dəyməz.  

“Türkiyə hazırda birləşməyə hazır deyil. Düşünürəm ki, yaxın on ildə də hazır olmayacaq”, - o bəyan edib.

Yunker, həmçinin 17-18 martda Brüsseldə keçiriləcək sammitdə miqrasiya böhranı üzrə razılığın əldə edilməsinə ümid etdiyini bildirib.

“Mən ehtiyat edirəm”, - AK sədri bildirib.