» » Rusiyada Qorbaçovun mühakiməsi tələb edildi

Rusiyada Qorbaçovun mühakiməsi tələb edildi

Rusiyada Qorbaçovun mühakiməsi tələb edildi

Onun mülkiyyətini dövlət hesabına müsadirə etmək istəyirlər.

“Rusiya kommunistləri” Baş prokurorluğa SSRİ-nın birinci prezidenti Mixail Qorbaçova qarşı “Vətənə xəyanət” və “xalqın iradəsini yerinə yetirmədiyinə” görə cinayət işinin qaldırılması ilə əlaqədar müraciət ediblər.

ucarliyiq.biz LifeNews-a istinadən xəbər verir ki, onlar, həmçinin Qorbaçovun mülkiyyətinin dövlət hesabına müsadirə olunması tələbini də irəli sürüblər.

“1991-ci ildə ölkənin vətəndaşlarının əksəriyyəti SSRİ-nin saxlanılmasının tərəfdarı idi. Amma Mixail Qorbaçov lazımi səlahiyyətlərə sahib olduğuna baxmayaraq, seçicilərin istəyini yerinə yetirməyib və SSRİ-nın saxlanılması üçün heç bir tədbir görməyib”, - partiyanın lideri Maksim Suraykin bəyan edib.

Kommunistlərin fikrincə, istintaq zamanı Qorbaçovu göz altına almaq lazımdır ki, o, xaricə qaça bilməsin.

Bununla yanaşı, siyasətçinin özü “Russkaya slujba novostey”ə bəyan edib ki, hər zaman Sovet İttifaqını qorumaq istəyib və 1991-ci ildə referendumda məhz buna səs verib. “Respublikalarla baş verənlərə baxmayaraq, mərkəzləşmə mane olurdu. Başqa hüquqlar, başqa münasibətlər lazım idi”, - o qeyd edib.

İki gün öncə, martın 15-də RLDP Dövlət Dumasında baxılması üçün “SSRİ prezidenti M.S.Qorbaçovun və Rusiyanın birinci prezidenti B.N.Yeltsinin siyasi fəaliyyətinin cinayət tərkibli olmasını tanımaq” haqqında qərarın layihəsi çıxarılıb. Bu barədə fraksiyanın lideri Vladimir Jirinovski bidirib.