» » ABŞ Rusiya təbliğatı ilə mübarizə aparacaq

ABŞ Rusiya təbliğatı ilə mübarizə aparacaq

ABŞ Rusiya təbliğatı ilə mübarizə aparacaq

Qanun layihəsi artıq Senata təqdim edilib.

ABŞ-da Rusiya və Çin tərəfindən hökumət təbliğatının qarşısının alınmasına dair qanun hazırlanır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Qanun layihəsi xarici siyasət sahəsində nüfuzlu qeyri-hökumət təşkilatı - Atlantik Şurada təqdim edilib.

Qanun layihəsi üç əsas müddəadan: dezinformasiya və təbliğata qarşı ümumdövlət strategiyasının hazırlanması, müvafiq proqramları maliyyələşdirilməsi ilə yerli jurnalistlərin peşəkarlığını artırmaq və tədris mübadilələrindən ibarətdir.

Qanunu hazırlayanların dəyərləndirmələrinə görə, Çin xarici siyasət fəaliyyətinin təbliğatı üçün ildə milyardlarla dollar xərcləyir. Rusiya gün boyu yayımlanan “Russia Today” kanalının Vaşinqtondakı bürosuna 400 milyon dollar xərcləyir, halbuki ABŞ bütün dünyada xarici yayımına 768 milyon dollar xərcləyir.   

Qanun layihəsi artıq Senata təqdim edilib.

Respublika partiyasının senatoru Rob Portman bəyan edib ki, qanun layihəsini təqdim etməkdə məqsəd – ABŞ-ın mövcud təcrübəni istifadə edərək və yerli icmalara xarici manipulyasiyadan özünü qoruma səlahiyyətləri vermək yolu ilə xarici təbliğata və dezinformasiyaya qarşıdurma qabiliyyətini yaxşılaşdırmaqdır.