» » Davudoğlu: Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib

Davudoğlu: Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib

Davudoğlu: Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib

“Biz genişmiqyaslı tədbirləri davam edəcəyik”.

Türkiyə hakimiyyəti Ankara və İstanbulda təhlükəsizlik tədbirlərini gücləndirib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Əmin olun ki, Ankara və İstanbulda təhlükəsizlik tədbirləri görülüb. Terrorçular bizə qalib gəlmək, adət etdiyimiz həyat axarını dəyişmək və xaos yaratmaq istyəyirlər. Amma biz buna icazə verməyəcəyik. Biz terrorizmə qarşı genişmiqyaslı tədbirlər görməyə davam edəcəyik”, -  NTV kanalı baş nazirin sözlərindən sitat gətirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 14-də çıxışı zamanı Türkiyənin son illərdə regionda sabitliyin pozulması səbəbindən terroçuların hücumlarına məruz qaldığını bildirib.

Onun sözlərinə görə, ölkə terroizm ilə mübarizədə qətiyyətlidir.

Qeyd edək ki, mart ayının 13-də Ankarada terror aktı zamanı 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.