» » Dağıstanda İŞİD yaraqlıları ələ keçdi

Dağıstanda İŞİD yaraqlıları ələ keçdi

Dağıstanda İŞİD yaraqlıları ələ keçdi

5 kiloqram partlayıcı maddə aşkarlanıb.

Dağıstanda “İslam dövləti” (İŞİD) ilə əlaqədar olan bir qrup yaraqlı saxlanılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Milli terror əlyehinə mübarizə komitəsi məlumat yayıb.

Nazirliyə Xasavyurt rayonunun Mutsalaul kəndində yerləşən və  terror aktlarının həyata keçirilməsinə hazırlaşan bir sıra yaraqlı haqqında məlumat daxil olub.

Əməliyyat qrupu üç yaraqlını saxlayıb, onlar əməllərini etiraf ediblər, eləcə də kəndin kənarında sahibsiz evdə gizli yerin olduğunu bildiriblər. Orada əməliyyatçılar trotil ekvivalentində 5 kq. qədər gücü olan dörd əldəqayırma partlayıcı qurğu, eləcə də bir tona yaxın partlayıcı maddə aşkar ediblər.

Komitənin məlumatına görə, İŞİD ilə əlaqədar olan qrup bütün bunları terror aktları törətmək üçün istifadə etmək fikrində olub.