» » Stalinin 43 yaşlı nəvəsi sosial şəbəkələri silkələdi - FOTO

Stalinin 43 yaşlı nəvəsi sosial şəbəkələri silkələdi - FOTO

Stalinin 43 yaşlı nəvəsi sosial şəbəkələri silkələdi - FOTO

Babasına qadının münasibəti mənfidir.

İnternetdə ABŞ vətəndaşı Kris Evansın – İosif Stalinin doğma nəvəsinin şəkilləri populyarlıq qazanıb.

ucarliyiq.biz xəbər verir ki, fotolar qadının Facebook səhifəsində 2015-ci ilin mart ayında dərc edilib, amma yalnız indi geniş müzakirəyə səbəb olub.

Şəkillərdə Evans oyuncaq avtomatla, iki tapança ilədir. Əynində cırılmış corabların üstündən geyilən şort, çiynində isə pulemyot darağı lenti asılıb. Kəmərində plastik qandallar və eynək, eləcə də kiçik məxmər ayıcıq var.

Fotolara Twitter-in Rusiya seqmentinin istifadəçiləri fəal reakasiya veriblər. Şəkilləri birinci dərc edənlərdən biri də bloger Pavel Pryanikovdur.

İstifadəçilərdən biri şəkillərdəkinin Evansın olmadığını bildirib, amma həmsöhbətlərdən biri qadının əvvəlki şəkillərini göstərərk sağ çiyinindəki tatunun oxşarlığını vurğulayıb.

Açıq mənbələrdən alınan məlumata görə, 43 yaşlı Evans (Olqa Piters) – Stalinin qızı Svetlana Alliluyevanın Uilyam Piters ilə nikahından olan qızıdır. Oreqon ştatında Portlenddə yaşayır.

Onun anası 2011-ci ilin noyabr ayında ABŞ-da qocalar evində ölüb. 2012-ci ildə Evans valideyninin ölümünü çox ağır keçirib. Babası – İosif Stalinə qadının münasibəti mənfidir. Belə ki, “Paris Match” fransız nəşrinə verdiyi “İnoSMİ” portalının tərcümə etdiyi müsahibədə o, “Aliluyevlərin Stalin tərəfindən məhv edildiyini” bildirib.

“Mənim ailəm – Cuqaşvililərdir, gürcü kökənli ruslar”, - Evans vurğulayıb.