» » Kürdlər Suriyada federasiya yaratdılar

Kürdlər Suriyada federasiya yaratdılar

Kürdlər Suriyada federasiya yaratdılar

Dəməşqdə hakimiyyət regionun yaradılmasını qanunsuz elan edib.

Suriya kürdləri ölkənin şimalında federativ regionun yaradılmasını elan etdilər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Frans-press məlumat yayıb.    

Bu günlərdə kürdlərin Suriyanın şimalında ölkənin tərkibində qalacaq “federasiya”nın elan edilməsinə dair planları məlum olub. “Federasiya”nın müxtəlif icmaları birləşdirmək, eləcə də onların İŞİD, “Cəbhə ən-Nüsrə” və digər qadağan edilmiş islamçılara qarşı durmaq üçün mübarizə aparacağı ehtimal edilir.

Dəməşqdə hakimiyyət federativ regionun yaradılmasını qanunsuz elan edib.

Daha öncə Suriya kürdüstanının rəhbəri Rodi Osman Moskvada federallaşmaya dair qərar, bir növ hazırda Cenevrədə gedən Suriya daxili danışıqlarda iştirak etmək üçün kürdlərin dəvət edilməməsinə cavabdır.