» » Putin Suriyadakı əməliyyata çəkdiyi xərcləri açıqladı

Putin Suriyadakı əməliyyata çəkdiyi xərcləri açıqladı

Putin Suriyadakı əməliyyata çəkdiyi xərcləri açıqladı

Hərbçilər qoşunların çıxarılması yaxın 2-3 gün ərzində başa çatdırmağı planlaşdırırlar.

Rusiyanın Suriyadakı hərbi əməliyyatları 33 milyard rubla (470 milyon dollar) başa gəlib.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu barədə Kremldə hərbçilərlə görüş zamanı Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Xərclərin əsas hissəsi – Müdafiə Nazirliyinin 2015-ci ildə təlimlərin və hərbi hazırlığın keçirilməsi üçün nazirliyin büdcəsinə yatırılmış resurslarıdır, - o deyib.

Bazar ertəsi Putin Rusiya qoşunlarının Suriyadan çıxarılmasını əmr edib. Çəşənbə axşamı Rusiya təyyarələrinin Suriya kampaniyasında iştirk edən birinci qrupu Voronejdə enib.  

Hərbçilər qoşunların çıxarılmasının yaxın 2-3 gün ərzində başa çatdırmağı planlaşdırırlar.