» » İraq xüsusi təyinatlıları qadınları İŞİD-dən qurtardılar

İraq xüsusi təyinatlıları qadınları İŞİD-dən qurtardılar

İraq xüsusi təyinatlıları qadınları İŞİD-dən qurtardılar

“Əməliyyat bir neçə ay ərzində aparılıb”.

İraq təhlükəsizlik xidmətinin xüsusi təyinatlıları “İslam dövləti” (İŞİD) terror qruplaşmasının işğal etdiyi Mosulda əsirlikdə olan bir qrup qadını xilas edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı İraqın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, azad edilən bütün qadınlar İraqın şimalında yaşayan yezidilərə mənsubdurlar.

“Xüsusi təyinatlılar daha öncə İŞİD yaraqlıları tərəfindən əsir götürülmüş bir qrup qadının əsirlikdən qurtarılması üzrə uğurlu əməliyyat həyata keçirib”, - nazirliyin bəyanatında deyilir.

Əsir qadınların indiyə qədər terroçuların nəzarəti altında olan Mosulun mərkəzində saxlanıldıqları qeyd edilir.

Azad edilən qadınların hamsı Mosulun sərhədlərindən kənara çıxarılıb, hazırda həkim və psixoloqların nəzarəti altındadırlar.

Müdafiə Nazirliyi xüsusi əməliyyatın təfərrüatlarını bildirməyib, yalnız qeyd edilib ki, “əməliyyata hazırlıq bir neçə ay ərzində aparılıb və ən yüksək səviyyədə koordinasiya edilib”.

Əhalisinin sayı 500 min nəfərdən çox olan Mosulu İŞİD İraqdakı paytaxtı hesab edir. Şəhər İŞİD qruplaşmalarının 2014-cü ilin iyunun 10-da hücumu zamanı İraq qoşunları tərəfindən demək olar ki, döyüşsüz təhvil verilib. İndi Mosulun azad edilməsi ölkədə nəzarətin bərpası üzrə İŞİD-ə qarşı ordunun və xalq müdafiə dəstələrinin apardığı əməliyyatların əsas məqsədidir.