» » Rusiya Suriyada 5 hərbçisinin öldüyünü təsdiqlədi

Rusiya Suriyada 5 hərbçisinin öldüyünü təsdiqlədi

Rusiya Suriyada 5 hərbçisinin öldüyünü təsdiqlədi

Peskov açıqlama verib.

Rusiya HHQ-nin Suriyada keçirdiyi əməliyyatlar zamanı 5 hərbçi qulluqçusu ölüb. 

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə “Reuters”ə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
 
Peskov ətraflı məlumat verməkdən imtina edib.
 
Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimatı mərasimində Suriyada həlak olan 5 hərbçinin həyat yoldaşına başsağlığı  bildirib.   
 
Suriyada həlak olan hərbçilərdən Oleq Peşkov, Aleksandr Pozınıç və Vadim Kostenko barədə Rusiya mətbuatı məlumat yaymışdı.
 
Digər iki hərbçi İvan Çeremisin və Fyodor Juravlyov barədə əvvəllər heç bir məlumat verilməyib.