» » NATO Latviyada güclü qoşun birləşmələri yerləşdirəcək

NATO Latviyada güclü qoşun birləşmələri yerləşdirəcək

NATO Latviyada güclü qoşun birləşmələri yerləşdirəcək

“NATO hərbçiləri “tövsiyələr verəcəklər”.

NATO yaxın günlərdə Latviyada indiyə qədər yerləşdirdiyindən daha çox hərbçi yerləşdirəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə Latviyanın baş naziri ilə görüş zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO Şərqi Avropada Alyansın möhkəmləndirilməsi çərçivəsində iştirakını artıracaq. Alyansın Latviyada iştirakının genişləndirilməsinə dair son qərarlardan sonra NATO Latviyada indiyə qədər yerləşdirdiyindən daha çox hərbçi yerləşdirəcək”, - Stoltenberq öz qonağını əmin edib.

“Alyansın çox milli qüvvələrinin Şərqdə yerləşdirilməsi, Alyansın istənilən ölkəsinə hücumun avtomatik olaraq bütün NATO ölkələrinə qarşı təcavüz mənasını daşıyacaq”, - Stoltenberq deyib.

Onun sözlərinə görə, yaxın günlərdə NATO-nun hərbçiləri “Şərq cinahda Alyansın iştirakının gücləndirilməsinin strukturu və kompozisiyasına dair tövsiyələr verəcək”.