» » “Əl-Kaida” liderinin qardaşı azadlığa çıxdı

“Əl-Kaida” liderinin qardaşı azadlığa çıxdı

“Əl-Kaida” liderinin qardaşı azadlığa çıxdı

O, 1999-cu ildə ölüm hökmünə məhkum olunmuşdu.

Misir höküməti “Əl-Kaida” liderinin qardaşı Ayman əz-Zəvahiri-Məhəmmədi azadlığa buraxıb, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Vəkil Xaled əl-Masri bildirib ki, əz-Zavahiri iki il yarım həbsxanada qaldıqdan sonra martın 17-si səhər saatlarında bəraət alaraq azadlığa çıxıb və hal-hazırda o, öz evindədir.

Xatırladaq ki, 63 yaşlı Məhəmməd əz-Zəvahiri 1999-cu ildə Misirdə törədilən terror aktlarında günahlandırılaraq ölüm hökmünə məhkum edilmişdir. 

2011-ci ilin iyun ayında onun apelyasiya şikayəti qəbul olunub və məhkəmənin qərarı ləğv edilib. 2013-cü ilin avqustunda əz-Zəvahiri yenidən həbs olunmuşdur.