» » Rusiya Ermənistanda daha bir baza açacaq

Rusiya Ermənistanda daha bir baza açacaq

Rusiya Ermənistanda daha bir baza açacaq

Mərkəzin bütün texnikası QLONASS cihazları ilə təchiz ediləcək.

Rusiya FHN rəhbəri Vladimir Puçkov Rus-erməni humanitar rekasiya mərkəzinin açılışında iştirak etmək üçün İrəvana səfərə hazırlaşır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a bu ölkənin FHN-in mətbuat xidməti bildirib.

Məlumata görə, mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və fövqəladə hallar naziri Armen Yeritsyan iştirak edəcək.

Qeyd edilib ki, əsas vəzifələr sırasında zəlzələlər, sürüşmələr, uçqunlarla şərtlənmiş və dağlıq regionlara xas olan fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə axtarış-xilasetmə əməliyyatlarının keçirilməsidir.

Mərkəzin mütəxəssisləri iri yanğınların söndürülməsi, humanitar yardımın çatdırılması, milli fövqəladə hallar xidmət personalının peşəkarlığının yüksəldilməsi, eləcə də əhalinin və ərazinin müdafiəsi istiqamətində digər istiqamətlərin həyata keçirilməsi ilə məşğul olacaqlar.