» » Ərdoğan göz yaşlarına sahib çıxa bilmədi - VİDEO

Ərdoğan göz yaşlarına sahib çıxa bilmədi - VİDEO

Ərdoğan göz yaşlarına sahib çıxa bilmədi - VİDEO

“Dua” onu ağlatdı.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Çanaqqala Dəniz Zəfərinin 101-ci il dönümü münasibəti ilə keçirilən mərasimə qatılıb.

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, prezident şagirdlərdən birinin səsləndirdiyi “Dua” şerini dinləyərkən göz yaşlarını saxlaya bilməyib.

Dövlət başçısı çıxışı zamanı Avropa ölkələrini də sərt tənqid edib.

“Brüsseldə və AB-nin hər hansı ölkəsində bu bombaların partlamaması üçün heç bir səbəb yoxdur. Bu, mina tarlasında rəqs etmək kimidir. Ayağınızı nə zaman minaya basacağınızı bilmirsiniz, lakin bunun qaçılmaz sonluq olduğu məlumdur. 

Qoynunuzda ilan bəsləyirsiniz. Bəslədiyiniz o ilan hər an sizi də sanca bilər. Türkiyədə partlayan bombalar sizin üçün heç bir şey ifadə etməyə bilər. Sizin şəhərlərdə partlayanda bizim nə hiss etdiyimizi anlayacaqsınız, lakin çox gec olacaq”, - deyə Türkiyə prezidenti bildirib.