» » Futbolçu Putinə olan məhəbbətinə görə cərimə edildi

Futbolçu Putinə olan məhəbbətinə görə cərimə edildi

Futbolçu Putinə olan məhəbbətinə görə cərimə edildi

“Ən nəzakətli prezident”.

Avropa Futbol Assosiasiyalar İttifaqı (UEFA) Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Dmitri Tarasovu Rusiya prezidenti Vladimir Putinin şəkili olan köynəyi nümayiş etdirdiyi üçün 5 min avro məbləğində cərimə edib.

ucarliyiq.biz xəbər verir ki, fevralın 18-də “Lokomotiv” Tarasovu 300 min avro məbləğində cərimə edib. Klubda oyunçunun davranışını qınayıblar. Bir gün bundan öncə UEFA-da havbekə qarşı intizam işi açılıb. Onu siyasi təxribata görə,10 matç oyundan uzaqlaşdırılması gözlənilirdi.  

Hadisə fevralın 16-da Türkiyənin “Fənərbaxça” komandası ilə İstanbulda keçirilən və 0:2 hesabı ilə türk komandasının qələbəsi ilə başa çatan Avropa Liqasının 1/16 final matçı başa çatdıqdan sonra baş verib. Tarasov köynəyini çıxardıb, altda isə “Ən nəzakətli prezident” yazılan köynək olub. Oyunçunun özü, heç bir təxribat törətmək istəmədiyini bildirib. Martın 18-də Tarasovun 29 yaşı tamam olub.