» » Avropa İttifaqı dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı

Avropa İttifaqı dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı

Avropa İttifaqı dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı

Aİ öz siyasətinin həyata keçirilməsinə davam edəcək.

Brüssel iki il öncə Krımın Rusiyaya birləşdirilməsini qınayıb və BMT-nin üzv ölkələrini Rusiyaya dair Aİ sanksiyalarına analoji sanksiyaların tətbiqetmə imkanını nəzərdən keçirməyə çağırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Avropa İttifaqı tanımamaq üzrə siyasətinin, o cümlədən də məhdudiyyət tədbirləri yolu ilə həyata keçirilməsinə davam edəcək”, - Aİ xarici siyasət xidmətinin saytında Federika Moqerini və Avropa İttifaqına üzv 28 ölkənin xarici işlər nazirlərinin adından dərc edilmiş sənəddə qeyd edilir.

Brüsselin bəyanatında BMT-nin üzv ölkələrini qurumun Baş Assambleyasının №68/262 qətnaməsinə müvafiq olaraq analoji tədbirləri nəzərdən keçirməyə çağırıb.

Avropa İttifaqı əvvəlki kimi Krımın Rusiyanın tərkibinə daxil olmasını “beynəlxalq hüququn pozulması” və “beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə” hesab edir.