» » Tuncelidə terrorçulardan xeyli sayda sursat ələ keçirildi

Tuncelidə terrorçulardan xeyli sayda sursat ələ keçirildi

Tuncelidə terrorçulardan xeyli sayda sursat ələ keçirildi

650 kq partlayıcı maddə məhv edilib.

Türkiyənin Tunceli bölgəsində terror qruplaşmasına qarşı əməliyyatda üç müxtəlif məkanda 650 kq partlayıcı maddə və partlayıcı qurğuların hazırlanması üçün vasitələr ələ keçirilib.

ucarliyiq.biz sabah.com.tr-ə istinadən xəbər verir ki, Tunceli icra hakimiyyətinin məlumatına görə, mart ayının 16-17 tarixlərində Tunceli-Ovacık yolu ilə Bali və Laç dərələri mövqeyində terror qruplaşması ilə mübarizəyə yönəlmiş əməliyyatın keçirildiyi bildirilib.

“Üç müxtəlif məkanda 10 ədəd 12 kq qaz balonu, 1 ədəd 24 kq sənaye qaz balonu və içində amonium nitrat tərkibli ümumilikdə 650 kq partlayıcı maddənin yığıldığı 1 ədəd hamam qazanı (kolonka),  partlayıcı qurğuların hazırlanması üçün 2 min 200 metrəlik kabel, 50 metr uzunluğunda elektrik kabeli, 1 ədəd piknik qaz balonu, 3 ədəd qaysarsız əl qumbarası, 1 ədəd əl qumbarası qaysarı, 24 ədəd 9 mm tapanca fişəngi, 1 ədəd mərmiləri darağa düzmək üçün qurğu, 1 ədəd piyada geyimi, 5 ədəd batareya bloku, 1 ədəd cib telefonu, 2 ədəd enerji bloku, 1 ədəd siqnalizasiya sistemi, 0,75 litrə maye halda mənşəyi bilinməyən kimyəvi maddə, 1 ədəd çadır, müxtəlif inşaat malları və geyim əşyaları ələ keçirilib. Partlayıcı maddələr əmrlə tapıldığı yerdə məhv edilib”.

Tuncelidə terror qruplaşmasının ərazidə zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir. “Mühafizə qüvvələrimiz bölgə sakinlərinin dəstəyi ilə regionda sabitliyin bərqərar olması üçün terrorizmlə mübarizəni davam etdirməkdə qərarlıdır”, - məlumatda bildirilib.