» » Avropa İttifaqı Türkiyə üçün viza rejimini ləğv edəcək

Avropa İttifaqı Türkiyə üçün viza rejimini ləğv edəcək

Avropa İttifaqı Türkiyə üçün viza rejimini ləğv edəcək

“Viza liberallaşmasının yol xəritəsinin implementasiyası sürətləndiriləcək”.

Avropa İttifaqı “ən gec 2016-cı ilin iyun ayının sonuna qədər” Türkiyə vətəndaşları üçün viza məhdudiyyətini ləğv edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Avropa İttifaqı-Türkiyə sammitinin bəyanatında deyilir.

“Viza liberallaşmasının yol xəritəsinin implementasiyası türk vətəndaşlarına dair viza tələblərinin ən gec 2016-cı ilin iyun ayına qədər aradan qaldırılması məqsədi ilə Avropa İttifaqının bütün üzv ölkələri tərəfindən sürətləndiriləcək”, - sənəddə deyilir.

Qeyd edilir ki, Türkiyə bunun üçün “qalan tələblərin yerinə yetirilməsi istiqamətində bütün addımları atmalıdır. Belə ki, məhz bunların əsasında Avropa Komissiyasının müvafiq qiymətləndirməsindən sonra Avropa Parlamenti və Şurası (AŞ) yekun qərar vercək”.