» » Erməni anaları oğullarını Qarabağa göndərmək istəmirlər

Erməni anaları oğullarını Qarabağa göndərmək istəmirlər

Erməni anaları oğullarını Qarabağa göndərmək istəmirlər

Onlar bu məqsədlə hətta pul da təklif edirlər.

Ermənistanın Milli təhlükəsizlik xidməti martın 16-da Razdan şəhərinin 47 yaşlı sakini Hamlet Qazaryanı həbs edib.

ucarliyiq.biz erməni KİV-nə istinadən xəbər verir.

Strukturun bəyanatında deyilir ki, Qazaryan işğal olunmuş Dağlıq Qarabağda xidmət edən erməni əsgərlərinin ailələrindən pul alaraq, onları Ermənistan ərazisində xidmətə köçürəcəyini vəd edirmiş.

Özünü yüksək vəzifəli məmur kimi təqdim edən Qazaryan Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynlərinə öz telefonunu verirdi ki, onlar öz oğullarını Ermənistan ərazisinə keçirmək istədikləri təqdirdə, onunla əlaqə qursunlar.

Sonradan əldə edilmiş razılıq əsasında Qazaryan valideynlər ilə görüşür və hər ailədən 160 000 – 200 000 drama (329 dollar - 411 dollar) qədər pul alırmış”.