» » İrəvanda müxalifət mitinq keçirir

İrəvanda müxalifət mitinq keçirir

İrəvanda müxalifət mitinq keçirir

Etiraz aksiyasından sonra yürüş planlaşdırılıb.

İrəvanın Azadlıq meydanında “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinin mitinqi keçirir.

ucarliyiq.biz erməni KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyasından sonra yürüş planlaşdırılıb.

Mitinqin təşkilatçıları bildiriblər ki, onlar ölkədəki sosial-iqtisadi vəziyyət və insan haqlarının pozulmasına etiraz edirlər. 

Yürüş iştirakçıları Avropa İttifaqının ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim edəcəklər.
 
Qeyd edək ki, “Yeni Ermənistan”ın məqsədi hakimiyyətin dəyişdirilməsidir.