» » Azərbaycan Krımın işğalını pislədi

Azərbaycan Krımın işğalını pislədi

Azərbaycan Krımın işğalını pislədi

Onların hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəklədi.

Azərbaycanın BMT-dəki heyəti Krımın işğalını növbəti dəfə pisləyib.

ucarliyiq.biz BMT-nin xəbər mərkəzinə istinadən bildirir ki, bu, BMT-nin Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünə dair qətnamənin ikinci ildönümünə həsr edilmiş “dəyirmi masa”da baş verib.

Məlumata görə, iclasda əsasən ABŞ, Fransa, Almaniya, Polşa, Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Moldovanın BMT-dəki daimi nümayəndələri çıxış edib. Onların hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krım yarımadasının işğalını pisləyib.

Xatırladaq ki, BMT-nin Baş Assambleyasının qətnaməsi 2014-cü ilin mart ayının 27-də qəbul edilib. Onun həmmüəllifləri kimi 50-dən çox dövlət çıxış edib və BMT-nin 100 üzv ölkəsi dəstəkləyib. Qətnamənin əleyhinə 11 dövlət, o cümlədən Ermənistan, Belarus və Rusiya çıxış edib. Daha 58 heyət isə Çin də daxil olmaqla bitərəf qalıb.

Qətnamədə ölkələrə Krım və Sevastopol Muxtar Vilayətinin statusunda istənilən dəyişikliyi tanımamağa çağırış və statusun dəyişməsini tanımaq kimi qələmə veriləcək hərəkətlərdən çəkinməyə çağırılır.