» » Paris hücumlarının təşkilatçısı həbs olundu

Paris hücumlarının təşkilatçısı həbs olundu

Paris hücumlarının təşkilatçısı həbs olundu

Daha bir terrorçu öldürüldü.

Belçikanın Molenbek şəhərində keçiirlən xüsusi əməliyyat zamanı Parisdə noyabr ayında törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib. 

ucarliyiq.biz-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb. 

Hücumlarda şübhəli bilinən daha bir terrorçu məhv olunub.

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.