» » Kreml Krımı beynəlxalq danışıqlar predmeti hesab etmir

Kreml Krımı beynəlxalq danışıqlar predmeti hesab etmir

Kreml Krımı beynəlxalq danışıqlar predmeti hesab etmir

“Bu region Rusiya Federasiyasınındır”.

2014-cü ildə işğal edilmiş Krımın Rusiyaya birləşdirilməsi qərarı müzakirə edilmir və beynəlxalq danışıqların predmeti ola bilməz.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin yarımadanın sakinlərini öz iradələrini ifadə etmələrinə hörmətlə yanaşmaq lazım olduğunu da vurğulayıb.

“Bu, Rusiya Federasiyasının regionudur. Rusiya öz regionlarını heç kimlə müzakirə etməyib, etməyəcək də”, - dövlət başçısının administrasiyasının nümayəndəsi bildirib.

Peskov, həmçinin Aİ yeni sanksiyalar tətbiq edilərsə, Moskvanın cavab verib-verməməsi barədə sualı da cavabsız qoyub.

“Baxır hansı sanksiyalardan söhbət gedir, orada nədən söhbət getdiyi aydın deyil, ona görə də bu suala cavab vermək çətindir”, - o deyib.

Daha öncə martın 18-də Avropa İttifaqı BMT-nin üzv ölkələrini qurumun Baş Assambleyasının №68/262 qətnaməsinə müvafiq olaraq analoji tədbirləri nəzərdən keçirməyə çağırıb. Sənəddə Brüsselin Krımın Rusiyanın tərkibinə daxil olmasını tanımır və bunu “beynəlxalq hüququn pozulması” hesab edir.