» » Yaponiyanın rəmzi sayılan sakura çiçək açıb

Yaponiyanın rəmzi sayılan sakura çiçək açıb

Yaponiyanın rəmzi sayılan sakura çiçək açıb

Onun çiçəkləri isə ölkənin qeyri-rəsmi gerbidir.

Yaponiyada martın 19-da ölkənin rəmzi hesab edilən sakuranın çiçəkləmə mövsümü başlayır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Milli Meteoroloji İdarənin məlumatına görə, ilk çiçəklər Fukuoka şəhərində açıb.

Çiçəkləmə dövrü ötən ildən iki gün öncə başlayıb. Meteoroqlar bunu isti hava ilə əlaqələndirirlər. Son günlərdə temperatur 20 dərəcədən artıq olub. Sakuraya, martın əvvəlindən albalı ağaclarının yoxlamalarını aparan Yaponiyanın Meteoroloji İdarəsinin inspektorları nəzarət edir.

Yaponlar sakuranı ölkənin rəmzi hesab edirlər, onun çiçəkləri isə ölkənin qeyri-rəsmi gerbidir. Uzaq şərq albalısının tam çiçəkləməsi aprel ayının ortalarına təsadüf edir. 

Sakura haqqında ilk məlumat ədəbiyyatda 712-ci ildə olub. Yaponiyada beş əsas növü və 200-ə yaxın hibrid növü mövcuddur.