» » Rusiyada “Boeing” qəzasında ölənlərin siyahısı dərc olunub

Rusiyada “Boeing” qəzasında ölənlərin siyahısı dərc olunub

Rusiyada “Boeing” qəzasında ölənlərin siyahısı dərc olunub

Cinayət işi açılıb.

Rusiyanın Rostov-na-Donu şəhərində “Boeing”in qəzaya uğraması nəticəsində həlak olanların adları və vətəndaşlıqları müəyyən edilib.

ucarliyiq.biz  xəbər verir ki, bu barədə Rusiyanın FHN Milli böhran vəziyyətlərində idarə mərkəzinin rəisi Viktor Yatsutsenko bəyan edib.

“55 sərnişindən beşi xarici ölkə vətəndaşıdır. Onların şəxsiyyəti, dövləti müəyyənləşdirilib”, - Yatsutsenko bildirib.

Rusiyanın FHN saytında təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların siyahısı dərc edilib.

Dubaydan uçan “Boeing-738” sərnişin təyyarəsi martın 19-da təxminən saat 3.40 (Moskva vaxı ilə) Rostov-na-Donu aeroportunda qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində 55 sərnişin və yeddi heyət üzvü daxil olmaqla 62 nəfər həlak olub. Cinayət işi açılıb.