» » Kerri Moskvaya səfər edəcək

Kerri Moskvaya səfər edəcək

Kerri Moskvaya səfər edəcək

O, Ukraynadakı vəziyyəti müzakirə edəcək.

ABŞ dövlət katibi Con Kerri martın 22-25-də Moskvaya səfər edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Amerika Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Kerri səfər çərçivəsində Rusiya rəsmiləri ilə görüşəcək. Danışıqlarda “Suriyaya dəstək” qrupunun atəşkəs rejimi ilə bağlı səyləri, ölkədəki siyasi vəziyyət, humanitar yardımın çatdırılması ilə bağlı məsələlər və İŞİD-lə mübarizə müzakirə olunacaq.

Həmçinin, Kerri Moskva səfərində Ukraynadakı vəziyyəti və Monsk razılaşmasını tam şəkildə həyata keçirilməsini müzakirə edəcək.