» » Qəzaya uğrayan “Boeing”in pilotlarının son danışıqları – AUDİO

Qəzaya uğrayan “Boeing”in pilotlarının son danışıqları – AUDİO

Qəzaya uğrayan “Boeing”in pilotlarının son danışıqları – AUDİO

Pilotlar enişi həyata keçirə bilməyiblər.

İnternet şəbəkədə Rostov-na Donu aeroportunun aviadispetçerlərinin və “FlyDubai” aviaşirkətinin Dubaydan FZ981 resi ilə uçan “Boeing 738” təyyarəsinin heyətinin son danışığının audioyazısı yayılıb.

ucarliyiq.biz xəbər verir ki, pilotlar və aviadispetçerlər arasında ünsiyyət standart frazeologiya üzrə ingilis dilində aparılırdı. Heyət meteoşərtlər haqqında bir neçə məlumat alıb. Pilotlar ilk cəhddən təyyarəni yerə endirə bilməyiblər və təyyarə iki dairəni vurub.

22-ci zolağa oturmaq üçün ikinci cəhd zamanı aeroportda 12 m/s, bəzən 19 m/s  sürətli əsən külək şəraitində görüntü 6000 metr, zəif leysan yağışı, buludluluq – 600 metr müşahidə olunub.  Küləyin sürətinin 17, bəzən 25 m/s, görüntünün 1000 olacağı barədə məlumat verilmişdi.

Yazıda pilotun aviadispetçerə təyyarənin kurs-qlissad sisteminin kurs mayakını tutduğunu bildirib. Cavab olaraq dispetçer zolaqda görüntünün 3500 metr olduğunu bildirib. Bir müddət sonra pilot: “SkyDubai” (avişirkətin adı-red.) 981, ikinci dövrəyə giririk” deyib. Aviadispetçer onun tezliyini Rostov-Radara çevirib. “121,2-yə keçirik”, - pilot cavab verib. Heyət bundan sonra əlaqəyə girməyib.

FHN məlumatına görə, göyərtədə olan hər kəs həlak olub: 55 sərnişin və 6 heyət üzvü. Mart ayının 20-si Rostovda matəm günü elan edilib.