» » KİV: Aviaqəzada Azərbaycan vətəndaşı həlak olub

KİV: Aviaqəzada Azərbaycan vətəndaşı həlak olub

KİV: Aviaqəzada Azərbaycan vətəndaşı həlak olub

“Boeing”in göyərtəsində 61 nəfər olub.

Qəzaya uğrayan “Boeing”in göyərtəsində rusiyalılarla yanaşı, xarici - ən azı səkkiz nəfər Ukrayna, Azərbaycan və Hindistan vətəndaşı da olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Komsomolskaya ravda”nın Rostov bölməsi yazıb. 

Qeyd edilib ki, Rostovda qəzaya uğrayan təyyarənin göyərtəsində 61 nəfər, o cümlədən dörd uşaq olub, onların hamısı həlak olub. 

İlkin məlumata görə, “Boeing” ikinci cəhdən uçuş zolağına enməyə çalışıb. O, 2 saat 9 dəqiqə ərzində aerportda gözləmə zonasında olub. 

Eniş zamanı təyyarə yerə toxunub və hissələrə parçalanıb. Eniş zolağına çatmağına çox az qalmışdı, mütəxəssislər təyyarənin eniş zolağına 300 m qalmış düşüb.