» » İstanbulda terror nəticəsində iki ABŞ vətəndaşı ölüb

İstanbulda terror nəticəsində iki ABŞ vətəndaşı ölüb

İstanbulda terror nəticəsində iki ABŞ vətəndaşı ölüb

Ağ Ev rəsmisi danışdı.

İstanbulda baş partlayış nəticəsində iki ABŞ vətəndaşı ölüb. 

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Ned Prays deyib.

“Bu cəsarətsiz hücum nəticəsində ölənlərin arasında iki ABŞ vətəndaşı var”, -  deyə rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, ABŞ terror aktını pisləyir və ölənlərin ailələrinə başsağlığı verir.  “Türkiyə növbəti dəfə dəhşətli terror aktı ilə üzləşib. Biz NATO-dakı tərəfdaşımızı əzmkarlıqla dəstəkləyirik. Türkiyədə terror aktlarına son qoyulmalıdır”, - deyə Prays qeyd edib.

Onun sözlərinə görə, ABŞ Türkiyə ilə sıx təmas quraraq terrorçuluğa qarşı birgə mübarizə aparacaq.